Şou-biznes

Günel məşhur iş adamı ilə sevgilidir?

6 Noyabr 2021 01:17
1 Şərh     Baxış: 21 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günel Zeynalovanın iş adamı Gökhan Gözlə sevgili olması iddia edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Vadistanbulda obyektivlərə tuş gələn ifaçı onla bağlı sualları cavablandırıb.

Günel bildirib ki, Gökhan onun adından istifadə edərək gündəmə gəlmək istəyir:

"Gökhan bəy xəyal görür. Gündəmə gəlmək üçün adımdan istifadə etdi. Belə bir şey yoxdur. Bu günə qədər həm səsim, həm də davranışımla varam. Bu gündən sonra da belə çirkin halların içində olmaq istəmirəm".

Müğənni əlavə edib ki, Gökhan ona çiçək göndərib:

"Onu tanımıram, konsertimə gəlib və çiçək göndərib. Sonra da eşq yaşayırıq deyə, açıqlama verib. Axmaqlıqdır. Məni minlərcə insan dinləməyə gəlib, etdiyi hörmətsizlikdir. Tamamilə yalandır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.