Xalq artisti Könül Xasıyeva paylaşımı ilə izləyicilərini kədərləndirib .
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında gənclik və xəstəlikdən sonrakı fotolarını paylaşaraq bu sözləri yazıb:
"Bu da sona doğru bir ömür... Düşdüm. Qalxdım. Yenə düşdüm. Yenə qalxdım. Təkrar-təkrar düşdüm, təkrar-təkrar qalxdım. Bu gün özümə çox uzaqlardan baxdım. Və tək bir şey gördüm: Mən bu ömrü ləyaqətlə yaşadım".
Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əzyyət çəkir və müalicə alır.
Milli.Az