Şou-biznes

Əməkdar artist: "Musiqidə "tərbiyəsiz" müğənnilərin diskləri daha çox satılır" - VİDEO

2 Noyabr 2021 01:45
0 Şərh     Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Teymur Əmrah yeni açıqlaması ilə gündəmə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Tarixin bir günü" proqramına qonaq olan musiqiçi "tərbiyəsiz" ifaçıların disklərinin daha çox satıldığını bildirib:

"O vaxtlar yadınıza gələr, bəzi studiyalar original disklər buraxırdılar. Orada klassik şöbənin rəhbəri mən idim. Rəşid Behbudov, Şövkət Ələkbərova, Əlibaba Məmmədov kimi sənətkarların disklərinə təşkilatçı olaraq mənim adım qeyd edilirdi.

Bir gün bir alıcı gəlib toy müğənnisinin diskini soruşdu. O, tərbiyəsiz müğənni idi. Musiqidə "tərbiyəsiz" idi. Dedi ki, "Bunun diski yaxşı satılır, yoxsa Rəşid Behbudovun diski?" Dedim ki, o, hər il mahnı oxumalıdır ki, gündəmdə qalsın və diskləri daha çox satılsın. Amma Rəşid Behbudovun diskləri isə azad satılır, hər zaman da satılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.