Şou-biznes

Koronavirusa yoluxduğu üçün “Səs”dən çıxdı

29 Oktyabr 2021 12:10
0 Şərh     Baxış: 1 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Səs Azərbaycan" iştirakçısı Nofəl Aslanov beynəlxalq layihədən uzaqlaşmağa məcbur olub.  

Milli.Az olay-a istinadən xəbər verir ki, "görmədən seçmələr" mərhələsində münsif və tamaşaçıları özünə heyran qoyan ifaçı koronavirusa yoluxub.  

Nofəldə ikinci mərhələyə bir həftə qalmış "COVID- 19" aşkarlanıb.  İfaçı bu səbəbdən də yarışmanı tərk edib.  

Məlumatı N. Aslanov OLAY-a təsdiq edib.  

Xatırladaq ki, layihənin çəkilişləri yay aylarında baş tutub.  İştirakçının səhhəti hazırda qaydasındadır. 

Qeyd edək ki, Nofəl "Səs"in birinci mərhələsində məşhur "İsabel" əsərini səsləndirib. 

Onun çıxışına Xalq artistləri Brilliant Dadaşova və  Tünzalə Ağayeva dönüb. Nofəl seçimini Ağayevadan yana edib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.