Şou-biznes

Uşaqları əlindən alınan Cananadan açıqlama

29 Oktyabr 2021 02:33
8 Şərh     Baxış: 19 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vəkilim Namiq Hacıyev haqsız qərara belə göz yuma bilmədi".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana uşaqların ataya verilməsi haqda açıqlamasında bildirib. O, instaqramda post paylaşaraq bu vəziyyətdən narahat olduğunu qeyd edib:

"Hakim Etibar Musayev mənim övladlarımı dinləyərək, onların "Bilmirik, niyə atamızı seçirik, çünki o bizi balıq yeməyə aparacaq" cavabından sonra, indidən uşaqları rüşvətə öyrədən ataya verirsə, o, niyə bu vəzifənin sahibi olmalıdır? Mən ana olaraq hüquqlarımın tapdalanmasına yol verməycəm.  Anaların haqqını qorumaq lazımdır. Mən cəmiyyətimizə sağlam və yararlı övlad gətirmişəm. Bu qərarlara görə, körpələrim psixoloji travma alırlar. Yəqin ki, səsimə səs veriləcək, dəstək göstəriləcək".

Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə uşaqların qəyyumluğu ata Kərim Həmidova verilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.