Şou-biznes

Nadir Qafarzadə fəxri ad davası etdi: "Haqqımı tələb edirəm"

17 Oktyabr 2021 21:57
36 Şərh     Baxış: 9 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə fəxri ad almadığı üçün qəzəblənib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, müğənni ad alan həmkarlarını təbrik edikdən sonra sərt fikirlər səsləndirib:
"Həmkarlarımı təbrik edirəm. Azərbaycan vətəndaşı olduğum üçün utanıram. Haqsızlıq var. Hər zaman tanışlıq, day-daylar işə yarayıb. Bunlar düzəlməyəcək".

Müğənni daha sonra sözügedən videosunu silərək yeni açıqlama yayıb:

"Mən keçmiş Mədəniyyyət nazirinin müavinin yanında olanda mənə dedi ki, səni mənə heç kim tapşırmayıb və kimə nə vaxt fəxri ad verəcəyimizi özümüz bilərik. İllərin sənətkarıyam. Hər yerdə təmənnasız konsertlərim olub. Haqqımı tələb edirəm. Düşünürəm ki, mənim səsimi lazımi orqanlar eşidəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.