Hüseyn Həsənovun 1,7 milyonluq yeni mənzili - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqer Hüseyn Həsənov özünə yeni mənzil alıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "StarHit" nəşrində yazılıb. Nəşrin məlumatına görə, mənzil video blogerə 1 milyon dollara (1,7 milyon AZN) başa gəlib.
130 kv.m-lik mənzil Rusiyanın paytaxtında Moskva-Siti biznes rayonunda premium-klass yaşayış kompleksində yerləşir.
Dizaynı hələlik olduğu kimi saxlanılan evdə - taxtaya bənzər laminat döşəmə, "whitebox" işıqlı divarlar, kiçik çilçıraqları olan tavan, iki vanna otağı, həmçinin bar və bütün qarnituru olan mətbəx: dolablar, soyuducu, qabyuyan maşın və santexnika qurğuları var.
Mövzu ilə bağlı açıqlama verən Hüseyn həddindən artıq dəbdəbəyə yer verməyəcəyini bildirib:
"Hələ nəyin hansı tərzdə olmasına qərar verməmişəm. Amma mütləq insanlar görən kimi "vau" deyəcək, yoxsa mən necə Hüseyn Həsənovam? Əminəm ki, bir çoxları mənzilimi Qafqaz şuxluğu ənənələrində təmtəraqlı formada təsəvvür edir: zərli mebel, eksklüziv əl işi heykəllər, Dubaydan gətirilən ağır pərdələr... Amma bütün bunlar olmayacaq, o qədər də proqnozlaşdırıla bilən biri deyiləm. Çox güman ki, divarlardan birini əsl yosunla bəzəyəcəyik, köpüklənən şəlalə və balıqla dolu böyük akvarium olacaq. Vanna otağı mərmərlə örtüləcək. Açıqlaya biləcəyim sirrlər bunlardır".
Təmirin ona hansı məbləğə başa gələcəyi hələlik məlum deyil.
Milli/Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
XƏBƏR LENTİ
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)





