Şou-biznes

Naibə Allahverdiyeva - "Xəyanət edəni bağışlamayın"

13 Oktyabr 2021 19:48
1 Şərh     Baxış: 801

Xalq artisti Naibə Allahverdiyevanın son günlər sosial şəbəkədə paylaşdığı ayrılıq mesajları diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Sizə xəyanət edən, dəyər verməyən insanları bağışlamayın. Onlardan uzaqlaşın, çünki belə insanlar heç zaman dəyişməyəcək. Sizin həyatınızı zəhərə çevirəcəklər. Kim olursa olsun, fərq etməz, doğma və ya yad" deyə, paylaşımlarından birində qeyd edib.

Allahverdiyeva daha sonra "Sevgidən nifrətə bir addımdır. Onu geri qaytarmağa çalışmayın. Çünki nifrət sevgiyə çevrilə bilməz" sözlərini əlavə edib.

Onun bu paylaşımları sosial şəbəkədə müzakirə olunaraq, aktrisanın xəyanətlə üzləşməsi yazılıb. Məsələ ilə bağlı Allahverdiyeva Axşam.az-a açıqlama verib. O bildirib ki, yaşadıqları onu bu cür mesajlar paylaşmağa vadar edib:

"Xəyanət tək qadınla kişi münasibətinə aid deyil. Ətrafımda gördüklərim, yaşadıqlarımdan sonra belə qənatə gəldim ki, təklik hamısından yaxşıdır. Çox çətindir yaşamaq".

Aktrisa söhbət zamanı TikTok-un aktiv istifadəçisi olmasından da bəhs edib:

"Oranı çox pisləyirdilər, amma istədiyin mövzunu seçirsən. Orada pis, səviyyəsiz heç nə görmürəm. TikTok-u digər sosial şəbəkə hesablarımdan daha çox sevirəm. Mənə o qədər gözəl sözlər yazırlar ki... Heç İnstaqramda o qədər bəyənim yoxdur. Videomu 200 min insan bəyənib".

Qeyd edək ki, verilişlərin birində qonaq olan zaman N.Allahverdiyeva həyat yoldaşının qısqanc olduğunu açıqlamışdı.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    AS · 13 Oktyabr 19:5010

    Xəyanət bagişlanmir bagişlansa davamina tpamlin qoyursan demək

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.