Şou-biznes

Mustafa Sandal alimenti bu yolla ödəmək istəmir

8 Oktyabr 2021 19:16
0 Şərh     Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Mustafa Sandalla keçmiş həyat yoldaşı Emina Yahoviç arasındakı təzminat problemi davam edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Emina alimetin ödənilməsinin ləğvini istəyən ifaçı barədə yeni iddialar irəli sürüb.

O bildirib ki, Mustafa evli olduqları müddət ərzində aldığı bütün daşınmaz əmlakı anasının adına keçirib.

Emina məhkəməyə müraciət ərizəsində Mustafanın atalıq vəzifəsindən də geri çəkilmək istədiyini vurğulayıb:

"Mustafa bu iddianı qaldıraraq atalıq vəzifəsindən də boşana biləcəyini düşünür. O evli olarkən aldığı bütün daşınmaz əmlakı anası Tülin İlerin adına qeydiyyatdan keçirib. Mustafa Türkiyə standartlarından xeyli yüksək gəlir əldə edib və sərvət yığıb".

Qeyd edək ki, 2018-ci ildə 10 illik evliliyini sonlandıran M.Sandal və hər ay ödəməli olduğu 15 min lirə təzminatı 2 aydır ödəmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.