Şou-biznes

Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu görün hansı məşhurun əri olub - FOTO

6 Oktyabr 2021 18:24
0 Şərh     Baxış: 9 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Zaur Mahmudov həm də Əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşı olub.

Zaurla Mehriban illər əvvəl ailə qurub. Amma onların nikahı uzun çəkməyib. Cütlük bir müddət sonra ayrılıb.

Z.Mahmudov 2006-cı ildə ikinci dəfə evlənib. Onun bu nikahı isə 7 il çəkib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğluna hökm oxunub. Hakim Siyavuş Hacıyevin hökmü ilə Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib. L.Dadaşova açıqlamalarından birində M.Xanlarova ilə münasibətlərinin yaxşı olduğunu, onu oğluna alarkən özünün elçi getdiyini deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.