Məşhur "People" jurnalı 2021-ci ilin "Ən seksual kişisi"nin növbəti seçimlərinə start verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, jurnalın təqdim etdiyi namizədlər Şemar Mur, Kekoa Kekumano, Censen Ekls, Paul Uesley, Cared Padalekidir.
Qeyd edək ki, yarış 1985-ci ildən təşkil olunur. Ötən il qalib gələn ad isə Maykl Cordan olub. İllər boyu bu ada layiq görülən adlar arasında Bred Pitt, Ben Afflek, Conni Depp, Metyu Makkonaxi, Corc Kluni, Hyu Cekman kimi məşhurlar yer alıb.
Milli.Az