Şou-biznes

Xoşqədəm "Xəzər TV"dən ayrılması barədə NƏLƏR YAZDI? - FOTO

30 Sentyabr 2021 14:06
4 Şərh     Baxış: 5 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı "Xəzər TV"-dən ayrılması barədə sosial şəbəkədə status yazıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aparıcı bildirib ki, öz ərizəsiylə kanaldan ayrılıb:

"Əziz dostlar, bildiyiniz kimi mən öz ərizəmlə, çalışdığım "Xəzər TV"-dən dostcasına ayrılmışam. Qeyd edim ki, "Xəzər TV"-də bununla bağlı açıqlamasında öz ərizəmlə ayrıldığımı vurğulayıb. Çalışdığım TV-dən ayrıldıqdan sonra sizlərdən çoxlu mesajlar aldım. Narahatlığınızı, mənə olan sevginizi o mesajlarda hiss etdim. Təbii ki, fəaliyyətdə olan kanallardan, hətta açılması nəzərdə tutulan kanallardan belə təkliflər aldım. İstər o təklifi edən kanallara, istərsə də siz dəyərli izləyicilərimə təşəkkürüm sonsuzdur! Göstərdiyiniz səmimi münasibətə görə hər birinizə minnətdaram! Mövsümə start verilib. Hər gün yazırsız, hansı kanalda olacağımı soruşursuz... Bildirmək istəyirəm ki, hazırda Türkiyədəyəm və qısa müddətdə Bakıda olacam. Görüşlərimin sonucuyla bağlı təbii ki, açıqlamam olacaq. Hələlik isə, sağlıqla qalın".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.