Şou-biznes

Toyunda geyindiyi gəlinliyi hədiyyə verdi - VİDEO

28 Sentyabr 2021 16:42
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Ece Seçkin pilot sevgilisi Çağrı Tərləməzlə ailə həyatı qurduqdan sonra gəlinliyini hədiyyə edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. O, toyunda geyindiyi 2 gəlinlikdən birini ötən gün konsertdən sonra pərəstişkarına bağışlayıb. 

"Nurten gəlinliyimi gördükdən sonra mənimlə əlaqə saxladı. Fotolarını və bədən ölçülərini mənə göndərdi. Dünən İzmirdə gerçəkləşən konsertimə gəldi. Həqiqətən də mənə oxşayan bir gəlin namizədi görmək çox həyəcanvericidir" deyə, o, bildirib.

Ece bundan başqa digər gəlinliyini də növbəti konsertində uyğun birinə hədiyyə edəcəyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.