Şou-biznes

Bənzər tərzlər - FOTOlar

24 Sentyabr 2021 19:48
0 Şərh     Baxış: 995

Sənət aləminin tanınmış simalarının geyimləri hər zaman diqqət çəkib və müzakirələrə səbəb olub. Onlar isə bunu bildikləri üçün bir çəkilişə qatılanda, ən şık görünən olmaq üçün dəridən-qabıqdan çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər məşhurun öz tərzi var. Bəzən onlar elə özləri özlərini təkrarlayırlar. Tanınmışların bənzər geyim tərzlərini təqdim edirik:

Xalq artisti Aygün Kazımova hər zaman məşhur modelyerlər çalışıb, ən bahalı brendlərin yeni kolleksiyalarına üz tutub. Hər çıxışında, fotosessiyasında bir fərqli görünüşdə olan müğənni bəzən bənzər geyimlər seçir. Kazımovanın geyiminə nəzər salanda onun eyni tip ətəkləri nəzərdən qaçmır.

Səhnəmizin divası eyni zamanda klassik tərzə də üstünlük verir. O, dəfələrlə çəkilişlərində bənzər kostyumlar seçib. Müğənni seçdiyi klassik geyimlərdə daha çox boz rəngə üstünlük verir.

Xalq artisti Zülfiyyə Xanbabayeva illərdir geyim tərzini dəyişmir. Müğənninin paylaşdığı fotolara, çıxdığı səhnərə nəzər salanda onun qarderobunda az sayda rəngə üstünlük verdiyi görünür. İlk növbədə onu bildirək ki, Xanbabayeva ən çox qara rəngə üstünlük verir. 

Müğəninin sevdiyi geyim forması isə leopart naxışlı və qəhvəyi tonlu paltarlardır. Bir də Xanbabayeva kəmərlərdən çox istifadə etməyi xoşlayır. 

Müğənninin geyimlərində digər diqqət çəkən məqam isə ağ köynəkləris evməsidir.

Xalq artisti Tünzalə Ağayeva son vaxtlar geyimləri, saç düzümləri və fotosessiyaları ilə gündəmdən düşmür. Xeyli çəki atan müğənni tez-tez cəsarətli geyimləri ilə müzakirələrə səbəb olub. Ağayeva qarderobunda son günlər ən çox kürək və sinə dekolteli paltarlara üstünlük verir.

Ağayevanın qarderobundakı digər geyim tərzi isə sinə dekoltesidir. Son günlər müğənnini fotolarında bu tərz paltara tez-tez rast gəlmək mümkündür.

İnstaqramın aktiv istifadəçisi olan və hər dəfə təəccübləndirən tərzdə şəkil paylaşan Tünzalənin qara topları da məşhurdur.

Müğənni Günay İbrahimli hər zaman rəngarəng geyim tərzinə üstünlük verib. İfaçı həm uzun, həm qısa tərzdə paltarlar seçir. Günayın gündəlik geyim tərzi isə bir-birinə çox bənzəyir. Məsələn sənətçi harasa gedəndə cins şalvar, qara top, ağ köynək və ya rəngli pencək seçir.

Günayın gecə geyimlərindəki bənzərlikdə diqqətdən qaçmayıb. Hər zaman olmasa da, sənətçi bəzən eyni tərzdə ziyafət paltarı seçir. Bəzən isə Günayın şəkillərdəki pozları dəyişilməz olaraq qalır.

Müğənni Sevda Yahyayevanın da qarderobuna nəzər salanda onun tulumları sevdiyi diqqət çəkir. O, müxtəlif materialda tulumları ilə obyektiv qarşısına keçib.

Yahyayevanın qarderobunda bənzəyən tərzlərdən biri də parıltılı geyimləridir. O, çox vaxt istər qara, istərsə də rəngli parıltılı paltarlara üstünlük verir.

Müğənni Gülay Zeynallı da geyimləri ilə diqqət çəkən tanınmışlardandır. Sənətçinin fotolarında ən çox bənzər rənglər diqqət çəkir. O, daha çox ağ donlara üstünlük verir.

İfaçı həm də ziyafət geyimi seçərkən qara rəngə üstünlük verir.

İstər qara şalvar, ağ köynək, istərsə də qara don Gülayın fotolarında diqqət çəkən amillərdəndir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.