Şou-biznes

"Tanınmaz haldayam" - Bir zamanların məşhur modeli

23 Sentyabr 2021 20:54
0 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanların məşhur modeli Linda Evanqelista niyə uzun müddətdir gözlərdən uzaq olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş model sosial media hesabında paylaşım edib. O, 2 dəfə liposaksiya əməliyyatı keçirsə də, bədənində qalıcı deformasiyalar yarandığını və bu səbəbdən ictimaiyyət qarşısına çıxa bilmədiyini vurğulayıb.

Linda hazırki halını "Medianın sözləri ilə desəm, tanınmaz hala düşdüm" kimi dəyərləndirib.

Ağır depressiyaya düşən model ruh halının hələ də davam etdiyini qeyd edib. Paradoksal yağ hiperplaziyası problemi ilə üzləşdiyini bildirən supermodel "Bu xəstəlik nəinki həyatımı məhv etdi, həm də məni dərin depressiyaya, kədərə saldı və özümdən nifrət etmə həddinə gətirdi. Bu prosesdə bir küncə çəkildim.

Belə yaşamaqdan çox sıxıldım. Artıq özüm kimi görünməsəm də başım dik bir şəkildə qapıdan çıxmaq istəyirəm" yazıb.

İzləyicilər hər halı ilə gözəl olduğunu bildirərək, modelə dəstək olmağa çalışıblar. 

Qeyd edək ki, Linda 2015-ci ildən bəri kamera qarşısına keçmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.