Şou-biznes

Dünyanın ən seksual qadın idmançısı Moda Həftəsinə qatılır

22 Sentyabr 2021 20:48
0 Şərh     Baxış: 1 763
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyalı idmançı Alisa Şmidt Milan Moda Həftəsində çıxış edəcək.

Milli.Az xəbər verir ki, bu haqda informasiyanı "sport-express.ru" saytı yayıb.

Mənbə yazır ki, dünyanın ən seksual qadın idmançısı seçilən 22 yaşlı Şmidt İnstagram izləyicilərinə "Hugo Boss"un modeli qismində olacağını deyib.

Xatırladaq ki, o, Almaniya milli komandasının tərkibində 2020 Tokio Olimpiadasının iştirakçısı olub, ancaq qarışıq və qadın estafetində starta çıxmayıb.

Milan Moda Həftəsi 21-27 sentyabr tarixlərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.