Şou-biznes

"Eurovision" iştirakçıları arasında qalmaqal - bu dəfə Samirə ilə Nİgar arasında

21 Sentyabr 2021 20:12
4 Şərh     Baxış: 1 237

"Hər işdə tərif də, tənqid də olur. Buna hazır idim. Hər kəs məni bəyənə bilməz. Amma yaxşı çoxdur deyə, pisin üstünü örtüb heç ona fikir vermirəm".

Milli.Az xəbər verir ki, bu barədə müğənni Samirə Əfəndi lent.az-a açıqlamasında deyib. O bildirib ki, sənət adamlarının bir çoxunun tənqidini qəbul etmir:

"Əgər tənqid müğənnilər tərəfindən gəlirsə, baxır o hansı müğənnidir, hansı stajdadır, kim onu deyir, hansı vəziyyətdə və tərzdə deyir. Müğənni deyib, amma həqiqətəndə bu sahədən başı çıxmayan insanlar deyirlərsə, üstdən keçirəm".

Samirə Nigar Camalın onu tənqid etməsi ilə bağlı sualı cavablandırmaq istəməyib:

"Bu sualı atlayaq. Eşitməmiş olum, siz də sualı verməmiş. Mənə önəmlidir insanın statusu, stajı, bu sənətdə qoyduğu illəri, vaxtı, zamanı təcrübəsi, o insandan nə öyrənə biləcəyəm, onda hə... Məsələn, Tünzalə Ağayeva. Heç məni tanımırdılar, amma Tünzalə xanım mənim haqqımda bilirdi. Onun yanında öyrənirdim. Hə, o mənə desə, deməli, nəsə var ki, deyir. Çünki elə-belədən söz deyən adam deyil".

O, Azərbaycanın dünyanın hər yerində tanınan müğənnisi olaraq yeganə Üzeyir Mehdizadənin adını çəkib:

"Onu hər yerdə tanıyırlar. O insanı heç vaxt canlı görməmişəm. Amma görüşüb onunla söhbət etmək istərdim ki, bunun sirri nədədir. Ona uğurlar arzu edirəm. Qazaxıstanda, Türkiyədə, bütün Asiya ölkələrində Üzeyir Mehdizadəni dəhşətli dərəcədə sevirlər. Qız fanatları da çoxdur".

Samirə 2011-ci ildə 1-ci yer qazanan "Eurovision" mahnısı "Running scared" ilə özünün səsləndirdiyi və 20-ci yer tutan "Mata Hari"ni müqayisə edib:

"Burada söhbət tək mahnıdan getmir. 2011-ci ilin mahnısı nə zaman Türkiyədə səsləndirilib? Heç vaxt. Bircə Avroviziya vaxtı, final günü. Mənim mahnım isə Türkiyəni "partladır". Hər gün bizə klublardan, partilərdən, restoranlardan zənglər gəlir, hər yerdə "Mata Hari" səslənir. Bəs, 2011-ci ildəki mahnı? Mən eşitmədim".

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    **** · 21 Sentyabr 20:2644

    Ele danışdınki sanki bu il 1ci yeri tutub gəlib.cox böyük danışırsan.yeri gelende Nigarnan Eldarın dueti layiq idi birinciliyə.sən isə 20ci yerdəydin hardaydin.gərək axırdan heç olmasa ikiden üçdən bir yer tutardın.20yaxşidi.

    Cavab yaz
    • Anonim
      Nakatakita · 22 Sentyabr 10:5431

      Heç onlar da bir zibil oxumayıb, sadəcə siyasət idi Azərbaycanın həmin ilki qalibiyyəti. Elə Türkiyə də bu siyasətə görə tərk edib bu müsabiqəni

      Cavab yaz
  • Anonim
    111 · 22 Sentyabr 09:2250

    Insafla desek, Samiranin sesi, qabiliyyeti 1000 defe Nigardan ustundur, adamin Allahi var, indi Nigar birinci yeri tutub deye o daha bacariqlidir demek olmaz. Goruruk her il, zeifler yer tutur, istedadlar geride qalir, yoxsa Ferid, Elnur, Samir, Cingiz birinci yerleri tutardilar, qat qat Nigardan istedadlidirlar, Nigar da Eldara gore yer tutdu

    Cavab yaz
  • Anonim
    izleyici · 22 Sentyabr 10:2912

    20ci yere çıxasan bu cüre danışasan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.