Şou-biznes

"Yoldaşıma yemək bişirmirəm"

19 Sentyabr 2021 18:22
8 Şərh     Baxış: 2 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yemək bişirməyi sevmirəm. Evin son beşiyi olmuşam. Buna görə də həmişə bacılarım yemək bişiriblər".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Günün sədası" proqramında deyib. Müğənni həyat yoldaşına heç vaxt yemək bişirmədiyini açıqlayıb:

"Pandemiya vaxtı tək qaldıq. Köməkçilər gələ bilmədi. Beləlikə, son vaxtlar yemək hazırlamağa başladım. 5 il olar bir dəfə belə ət yemədim. Amma sonra artıq yeməyə başladım. Mən ətə yağ vurmuram, öz yağında bişirirəm. Evdə sadəcə özüm üçün yemək hazırlayıram. Yoldaşıma yemək bişirmirəm. O, yediyim yeməkləri xoşlamır. Qızlar ona ayrıca xörək hazırlayırlar. O, əti pomidor, soğanla qızardılmış halda xoşlayır. Mən isə elə yeməyi sevmirəm. İdman edirəm. Hətta ətrafımdakı dostlarıma da bunu öyrətmişəm".

Qeyd edək ki, B.Dadaşova Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.