Şou-biznes

"Qızıl şir" mükafatının sahibi o oldu

9 Sentyabr 2021 20:36
0 Şərh     Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktrisa Ceymi Li Körtis Venesiya Film Festivalında ən yaxşı aktrisa nominasiyasının qalibi olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Qızıl şir" mükafatına layiq görülüb.

"Bu şərəfə layiq görüldüyüm üçün qürur duyuram. Bu mükafatı alacaq qədər uzun müddət sektorda olmağım mümkünsüz kimi görünür. "Halloween Kills" ilə gerçəkləşməsi mənim üçün xüsusi məna kəsb edir" deyə, o bildirib.

Körtis "Halloween və Laurie Strode ilə ortaqlığım karyeramı başlatdı və davam etdirdi. Bu filmləri bütün dünyada tamaşaçılar tərəfindən sevilən yeni bir seriala çevirmək hədiyyə idi və belə də qalacaq" deyə, əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.