Şou-biznes

"Yoldaşımdan boşananda mənə deyirdilər ki..." - Roza Zərgərli

9 Sentyabr 2021 13:30
1 Şərh     Baxış: 4 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Roza Zərgərli "Üzə-düz" verilişində qonaq olub.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Roza veriliş zamanı keçmiş həyat yoldaşının ona qarşı olan xəyanətindən danışıb:

"Mənə görə qadın heç vaxt məğlub olmur. Qadın pişik kimidir. 12-ci mərtəbədən də yerə düşsə, yenə ayaqları üstə qalxa biləcək. Yoldaşımdan boşananda mənə deyirdilər ki, məğlub oldun. Dedim yox, əslində mən onu boş buraxmışdım deyə, o mənə xəyanət etdi. Bir şey mənimdirsə, mənimdir. Əgər o nəsə axtardısa, məni itirdi. Dostlar deyirdi ki, bəlkə mən özümü güclü göstərirəm. Mən həyata bir dəfə gəlirəm. Heç bir pis hərəkət etmədən ömrümü, günümü, həyatımı sənə vermişəm. Həmişə Allaha demişəm ki, mənim ömrümdən kəs ona cala. Əgər sən bunu itirdinsə, sən itirdin! Qısqanc deyiləm. Xəyanət edən şəxs özünü və sevdiyi şəxsi itirir. O kişi xəyanət edir ki, qadın ona izin verir. Çox sevsə idim, xəyanəti bağışlayardım. Vaxtında da bağışladım amma bu dəfə fərqli idi. Ortada uşaq var idi!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.