Şou-biznes

Afaq efirə Turalla çıxacaq, Umka isə...

7 Sentyabr 2021 20:18
0 Şərh     Baxış: 2 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli ATV-dən ayrılıb. O, bundan sonra "Xəzər TV"də fəaliyyətini davam etdirəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Afaq Gəncəli sözügedən kanalda həmkarı Tural Əsədovla birlikdə efirə çıxacaq. Onlar birlikdə həftə içi beş gün efirə çıxacaqlar.

Hazırda yayımlanan "Səhər mərkəzi" verilişinin aqibətinin necə olacağı isə bəlli deyil. Proqramın aparıcılarından olan Ümnisə Hacıyeva (Umka) ana olmağa hazırlaşır. Karantində ailə quran Umka buna görə aparıcılığına ara verəcək.

Qeyd edək ki, "Səhər mərkəzi" verilişini Tutu Zeynalova, Ümnisə Hacıyeva və Tural Əsədov aparırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.