Şou-biznes

Enriki karyerasını bitirdi

6 Sentyabr 2021 19:54
0 Şərh     Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur ispaniyalı müğənni, bəstəkar, prodüser və aktyor Enriki İqlesias solo karyerasını bitirmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı İnstaqram hesabında sonuncu ola biləcəyini qeyd edərək "Final" adlı sonuncu albomunu təqdim edib.

E.İqlesias son bir neçə ildir bu barədə düşündüyünü bildirib. O, albomunun iki hissədən ibarət olacağını söyləyib.

Qeyd edək ki, Enriki karyerasında 40-dan çox sinql və 10 studiya albomu ilə 116 dəfə "platin", 227 dəfə "qızıl" statusu alaraq 100 milyon album satışı gerçəkləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.