Şou-biznes

Sevda müalicə üçün Türkiyəyə getdi

26 Avqust 2021 11:52
3 Şərh     Baxış: 1 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Sevda Əliqızı müalicə üçün Türkiyəyə yollanıb.

Milli.Az xəbər verir ki, bu haqda sənətçi axşam.az-a açıqlamasında danışıb. O bildirib ki, uzun müddətdir ayağında olan problemlə əlaqədar qardaş ölkəyə gedib:

"İnşallah, hər şey yaxşı olacaq. Ayağımla bağlı gəldim, düzələcək".

Qeyd edək ki, S.Əliqızının ayağında podaqra var. Sənətçi bir neçə dəfə əməliyyat olunsa da, problem həll olunmayıb. Sonuncu dəfə Sevda verilişlərdən birinə qatılaraq "Ölürəm, bilmirəm necə edim. Mənə kömək edin, qurban olum. Həyatım məhv olur, daha dözə bilmirəm" sözlərini demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.