Şou-biznes

Xoşqədəm ARB-də işə başlayır?

25 Avqust 2021 17:30
21 Şərh     Baxış: 8 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı "Xəzər TV" ilə yollarını ayırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı işdən çıxdıqdan sonra onun "Səni axtarıram" layihəsinin üzvləri də kanaldan ayrılıb. Belə ki, X.Hidayətqızının komandası əşyalarını yığaraq telekanalı tərk ediblər.

Qeyd edək ki, aparıcının hansı kanalda çalışacağı ilə bağlı bir neçə gündür müzakirələr gedir. Onun ARB TV ilə işbirliyinə başlayacağı deyilsə də, kanal rəsmi açıqlama yayaraq belə bir fikirlərinin olmadığını bildirib.

X.Hidayətqızı ilə əlaqə saxlamağa çalışsaq da, o, telefonlara cavab verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.