Şou-biznes

Məşhur reper imicini dəyişdi - 7 yaşlı qızının saç düzümündən etdi - FOTO

10 Avqust 2021 14:38
0 Şərh     Baxış: 2 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

37 yaşlı məşhur repçi Timati model Alyona Şişkovadan dünyaya gələn 7 yaşlı qızı Alisa ilə maraqlı şəkil çəkdirib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, fotonu Timatinin 61 yaşlı anası Simona Yunusova özünün "İnstagram" səhifəsində paylaşıb.

Şəkildə Timatinin öz qızı ilə eyni saç düzümü etməsi və sarışın Alisaya baxışları izləyicilərin təbəssümünə səbəb olub. Bəziləri ona uzun saçların yaraşmadığını desələr də, digərləri repçinin yeni imicini bəyəniblər.

Qeyd edək ki, Alisa artıq bir neçə ildir ki, nənəsiylə (Timatinin anasıyla) yaşayır. Atası daim səfərlərdə olduğu üçün qızını gec-gec görsə də, boş vaxtlarını ona həsr etməyə çalışır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.