Sonuncu dəfə "Kırmızı kamyon" serialında rol alan aktyor Görkem Sevindikin gizli baş tutan toyundan fotolar yayılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor ötən il basketbolçu sevgilisi Kübra Siyahdəmirlə ailə həyatı qurub. Pandemiya səbəbindən böyük məclis təşkil etməyən cütlük yaxın çevrəsinin qatıldığı mərasimdə nikah bağlayıb.
Qeyd edək ki, cütlüyün bu yaxında oğlu dünyaya gələcək.
Milli.Az