Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı "Kia" və "Peugeot" markalı avtomobillər toqquşub.
"Kia"nın sürücüsü yol nişanı qaydalarını pozaraq Atatürk prospektinə dönmək istəyib. Bu zaman digər avtomobil ona çırpılıb. Nəticədə sürücülərdən biri xəsarət alıb.
Qəzanın təfərrüatları araşdırılır.
Milli.Az