Şou-biznes

56 yaşlı aktrisanın bu FOTOları müzakirələrə səbəb oldu

23 İyul 2021 19:36
0 Şərh     Baxış: 2 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktrisa Zerrin Tekindorun yeni paylaşımı müzakirələrə səbəb olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktrisa "Instagram" hesabında Londonda lentə alınan yeni fotolarını yayımlayıb. 56 yaşlı Zerrin incə bədən qurluşu ilə diqqət çəkib.

Onun 56 yaşında gənclik illərindəki kimi formada qalması müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri aktrisanın ünvanına "Sən hər zaman gözəlsən", "Türk qadınının timsalısınız", "Enerjinizlə gözəlliyiniz vəhdət təşkil edir", "Zərif və incəsiniz" kimi xoş sözlər yazaraq ona tərif yağdırıblar.

Tekindorun fotolarını 91 mindən çox insan bəyənib, minə yaxın şərh yazılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.