Şou-biznes

"Lağ etməyin, heç kəsə yuxarıdan aşağı baxmayın" - Elnarədən tənqid yazanlara

17 İyul 2021 17:18
0 Şərh     Baxış: 1 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fərqi yoxdur, necə görsənirsinizsə görsənin: yaşlı, cavan, kök, arıq, sadə, yaxud qlamur. Bir şeyi heç zaman yadınızdan çıxarmayın: Allah bu ömrü bizə yaşamaq üçün verib. Sağlam və rahat yaşamaq üçün".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb. Sənətçi tənqid yazan izləyicilərinə səslənib:

"Ona görə də, əgər sağlam və rahat yaşamaq istəyirsizsə həyatınızdakı neqativlərdən, kindən, paxıllıqdan, kədərdən uzaq olun. Balaca şeylərə xoşbəxt olmağı bacarın. Üzünüzdən təbəssümü əskik etməyin. Mehriban olun. Qəlb qırmayın, haqq yeməyin, lağ etməyin, eyib açmayın. Heç kəsə yuxarıdan aşağı baxmayın. Çünki bunu yalnız Allah edə bilər. Evdə yaşlı ana və nənələrinizin, xala və bibilərinizin, ata və babalarınızın, əmi və dayılarınızın qədrini bilin. Əyninizə nə rahatdırsa onu geyinin. Sizə necə rahatdırsa, elə yaşayın. Yetər ki, sağlam və xoşbəxt olasız".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.