Şou-biznes

Şahzadənin həyat yoldaşı prodüser oldu

16 İyul 2021 09:24
1 Şərh     Baxış: 1 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahzadə Harrinin yoldaşı Meqan Markl "Pearl" animasiya serialının prodüseri olub.

Milli.Az axşam.az-aya istinadən xəbər verir ki, bu barədə "Archewell" ictimai təşkilatının yayımladığı açıqlamada deyilir. 

"Netflix"də yayımlanacaq ekran işində əsl gücünü axtaran və dünya tarixindəki nüfuzlu qadınlardan ilham alan 12 yaşlı qızın sərgüzəştlərindən bəhs ediləcəyi qeyd olunub.

Layihəyə Kerolayn Soper, Liz Qarbus, Den Kogan, Amanda Rinda və Devid Ferniş kimi film sənayesi mütəxəssisləri də öz töhvələrini verəcək.

"Times" qəzetinin məlumatına görə Meqan "Netflix"lə bağladığı müqavilə əsasında ekran işindən ildə 1,85 ilə 3,7 milyon dollar arası avans, yayımlandıqdan sonra isə daha çox gəlir əldə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.