Şou-biznes

Sevgili olduqlarını bu dəfə inkar edə bilmədilər

13 İyul 2021 14:46
0 Şərh     Baxış: 1 775
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Uzun müddətdir müğənni Adel və reper Skepta-nın eşq yaşadığı iddia edilir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük jurnalistlərin bunla bağlı suallarını dəfələrlə inkar edib. 33 yaşlı müğənni tək olduğunu, həyatını özünə və sənətinə həsr etdiyini açıqlayıb.

Cütlük bu dəfə paparassilərdən qaça bilməyib. Onlar Kaliforniyada alış-verişdə olarkən görüntüləniblər. Müğənni və reper "Prada" mağazasına girərək geyim seçib. Satıcı media nümayəndələrinə açıqlamasında bildirib ki, Adel Skeptaya geyim seçməkdə yardım edib.

"O, oturmuşdu və reperin geyindiklərinə fikir bildirirdi. Adel Skeptanın seçdiyi köynək, palto və şalvara təriflər yağdırırdı. Onlar mağazada 45 dəqiqə vaxt keçirdilər" deyə, mənbə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.