Şou-biznes

Aytən Səfərova Lalə Azərtaşa söz atdı? - FOTO

3 İyul 2021 12:36
3 Şərh     Baxış: 24 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarif Şurasının qazın qiymətini artırması bir neçə gündür müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı Lalə Azərtaşın "Birinci studiya"da dediyi "Qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz ən çox mürəbbə bişirməyə gedir. Bunları gecə edərsiniz ki, ağzınız kimi, cibiniz də dada gəlsin" sözləri qalmaqal yaratmışdı.

Bu dəfə isə aparıcı Aytən Səfərova məsələ ilə bağlı paylaşım edib. Aytən canlı qaz fotosu paylaşıb və ad çəkməsə də, sözü həmkarlarına ünvanladığını yazıb:

"Qiyməti qalxmış qaz duruşu. Bəzi həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bu qazdan kimsə illərlə istifadə etmir, yemir ətini, istəmir ləzzətini. Amma bu biri qazdan istəsə də, istəməsə də istifadə etmək məcburiyyətindədir. Ən azından yemək üçün. Qiyməti də heç ləzzət eləmir. Yazanda nöqtə, vergül də qoyun".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.