Şou-biznes

Xalq Artistindən qalmaqallı açıqlama: "Siz öləndə, it dəftərində də adınız olmayacaq"

26 İyun 2021 14:10
Baxış: 1 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Naibə Allaverdiyeva sosial şəbəkə hesabında yeni video yayımlayıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, aktrisa, şəxsi "Instagram" hesabında bəzi şou-biznes nümayəndələrinin ünvanına təhqirlər səsləndirib. Onları şəhid xanımına yardım etməməkdə ittiham edib:

"Saçlarım qəhrəman şəhidimizin həyat yoldaşı Aynur xanımın əl işidir. Mən qəlbimdə qalan bir nüansı sizinlə paylaşmaq istəyirəm.

Buradan demək istəyirəm ki, bəzi şou biznes əhli, ayıb olsun sizə! O xanım şəhid ailəsidir. Hamımızın onlara borcu var. Sizə mesaj göndərib və xahiş edib ki, onun əl işlərini səhifənizdə paylaşıb, dəstək olasınız. Siz isə ona cavab verməyi özünüzə rəva bilməmisiniz.

Siz kimsiniz ki? Heçkimsiniz! Nə sənətkar kimi sənətkarsınız, nə də adam kimi adamasınız. Siz öləndə heç it dəftərində adınız olmayacaq. Şəhidlərimiz isə daim xalqımızın qəlbində yaşayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.