Şou-biznes

Yenə ayrıldıqlarını açıqladı: "Münasibətimiz bitdi"

26 İyun 2021 13:42
Baxış: 2 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Natavan Həbibi və reper Dadonun (Səid Əliyev) münasibəti illərdir tez-tez küsüb, barışaraq davam edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  ildə bir neçə dəfə ayrıldıqlarını, az keçmədən barışdıqlarını açıqlayan ifaçılar yenə də küsüb.

Dado bunla bağlı açıqlama yayıb. O bildirib ki, bir müddətdir ayrılıblar:

"Bu xəbəri yaxınlarım bilirdi, indi vaxtıdır hamı bilsin. Münasibətimiz çoxdan bitib və yox vəziyyətdədir. Bu susqunluq son zamanlar məni qorxudur, özüdə çox pis. Qərar gəldim ki, durumumuz barədə xəbəriniz olsun".

Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Toydan bir neçə ay sonra cütlük ayrılıb. Daha sonra barışan Natavan və Dado dəfələrlə münasibətlərinə son qoyduqlarını, sonra barışdıqlarını deyiblər. Dado ötən ilin noyabrında boşandıqlarını açıqlamışdı. Daha sonra natavan efirə çıxaraq yenidən bir arada olduqlarını deyib.

Cütlüyün bu nikahdan bir oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.