Repçi Eysap Roki (Rakim Mayers) müğənni sevgilisi Rihanna ilə birlikdə Nyu-Yorkdakı gecə klublarından birinə gedib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, lakin cütlüyün içəri daxil olmasına mühafizəçilər icazə verməyiblər. Təhlükəsizlik əməkdaşları onları tanımadıqlarını və şəxsiyyəti təsdiq edən sənədi göstərmələrini tələb ediblər. Rihanna və sevgilisinin sənədi üzərində olmadığı üçün onlara kluba girməyə icazə verilməyib.
Mətbuatda yazılanlara görə, cütlük bir müddət qapının önündə gözlədikdən sonra içəri daxil olmağı bacarıb.
Milli.Az