Şou-biznes

Şeyma milyarder sevgilisindən ayrılıb? - FOTO

25 İyun 2021 18:30
2 Şərh     Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli sosial media fenomeni Şeyma Subaşının nişanlısı Mohammed Alsaloussidən ayrılması xəbəri gündəmə gəlib.

Milli.Az "Haber Global"a istinadən məlumat verir ki, ötən gün körpəsinin öldüyünü deyən Subaşı dostları ilə Ibizada istirahət edərkən görüntülənib.

Misirli milyarder nişanlısının Subaşının yanında olmaması və barmağına nişan üzüyünü taxmaması diqqətdən yayınmayıb.

Subaşının daima telefonu diqqətdə saxlaması və üzündəki davamlı ciddi ifadə də diqqət çəkib.

Bütün bunlar ayrılıq iddialarını gücləndirib.

Xatırladaq ki, məşhur nişanlısından hamilə qaldığını və stresdən körpəsini itirdiyini yazmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.