Şou-biznes

"Ailəmdə söz-söhbət yaranıb" - XTQ nişanlısı ilə fotosu yayılan Nigar

18 İyun 2021 17:54
Baxış: 2 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün mediada əməkdar artist Nigar Şabanova ilə XTQ nişanlısısının fotosu gündəm oldu. Fotoda nişanlısının üzünü gizlədən əməkdar artist hər kəsin diqqətini çəkib.

Milli.Az bildirir ki, foto ilə bağlı Nigar Şabanova BiG.AZ-a açıqlama verib. Sənətçi bildirib ki, xüsusi təyinatlı hərbçi olduğu üçün üzünü gizli paylaşıb:

"Xüsusi təyinatlı olduğu üçün üzünü gizli paylaşmışam. İşlərində problem yaranır. Ayrılıq xəbərləri də yalan məlumatdır. Adımdan yalan məlumatlar verənləri də belə qoymayacam. İndi rayondayam gələndən sonra bu məsələni qaldıracam. Ya həmin adam üzr istəməlidi ya təzminat tələb edəcəm. O xəbərə görə mənim ailəmdə söz-söhbət yaranıb. Nişanlım belə şeylərə öyrəşməyib, görməyib. Mən niyə görə boş-boş şeylərin üstündə söz eşitməliyəm, danlaq götürməliyəm?!Arada niyə soyuqluq yaradırlar?!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.