Mart ayında yeddi illik evliliklərini sonlandıran türkiyəli məşhur aktrisa Nur Fəttahoğlu və biznesmen Levent Vəziroğlu birgə tətilə çıxıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, keçmiş əri Vəziroğu və dostlarından ibarət qrupla Bodrumda dincələn Fəttahoğlu obyektivlərə tuş gəlib.
Razılıqla boşanan cütlüyün eyni evdə qalmaları diqqət çəkib.
Qeyd edək ki, 2013-cü ildə sadə mərasimlə evlənən cütlük birinci dəfə 2015-ci ildə boşanıb. Məhkəmənin qərarından sonra peşman olub barışan Vəziroğlu və Fəttahoğlunun 2016-cı ildə qızı dünyaya gəlib.
Milli.Az