Aysel Şükürün 11 minlik "giveaway" qalmaqalı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bloger Aysel Şükürün adı yenidən "Giveaway"qalmaqalında hallanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Aysel bunla bağlı İnstaqram hesabında paylaşım edib. O bildirib ki, Gülər cavadlı adlı təşkilatçı qadın ona yarış keçirmək təklif edib, amma sonra aldadıb:
"Bir xanım mənimlə əlaqə saxladı ki, səhifənizdə yarış keçirmək istəyirəm. Razılaşmadım, çünki tanımadığım insanlarla əməkdaşlıq etmirəm. Daha sonra yalvardı ki, ehtiyacım var. Mənə söylədi ki, borclarım var, pis vəziyyətdəyəm. Razı oldum! Söylədi ki, mayın 28-də yarışa başlayacağıq, o vaxta kimi sponsorları yığacam. Mən də qabaqcadan xəbərdarlıq etdim ki, 28-i mütləq başlamalıyıq, yoxsa problem yaranacaq. Çünki yarışın bir gün belə gecikməsini istəmirəm. Mayın 27-də həmin xanıma yazdım ki, sabah başlayırıq? Mənə cavab yazmadı, telefonu götürmədi. Dedim ki, məni ələ salmısız? Hədiyyələr alınmalıdır, foto çəkilməli, post hazırlanmalıdır. Yenə telefon zənglərimə cavab vermədi.
Yazdıqca mənə xəstə övladının fotolarını atır ki, bu yarışa ehtiyacım var. Başa düşmüşəm, şəfalar diləmişəm, cavab yazmışam ki, belə şeylər mənə atmayın, pis oluram. Sonra bir-iki möhlət istədi, iyunun 1-nə kimi uzatdıq. Mənə dedi ki, qoyulan vaxtdan ötüşməyəcək, yarış keçiriləcək. Sən demə, bunlar iki nəfər imiş. Biri ilə əvvəlcədən əməkdaşlıq etmişəm. Başıma bu cür oyun açmışdılar, əlaqəmi kəsmişdim. Utanmadan bu xanımla şərik olub, onu bu dəfə qabağa verib. Gecə saat 1-də evə qəlib qapımı döyüb məni narahat ediblər. Dələduzdular, heç bir bloqqer onlarla çalışmasın. Kim o dələduzlara pul veribsə, tələb etsin! Hər bir sponsora ayrı qiymət deyiblər. Biabırçılığın dərəcəsinə baxın".
Aysel sözügedən təşkilatçı ilə olan yazışmalarını İnstaqram hesabında yayıb.
Gülər Cavadlı qafqazinfo-ya açıqlamasında Ayselin ittihamlarına cavab verib. O bildirib ki, bloger onun 11 min manatını alıb və qaytarmır:
"Aysel Şükürlə "Giveaway" yarışı etmək istəmişik. Uduşda telefon və pul qoyacaqdı. Oyunda iştirak etmək istəyən hansı sponsor pul veribsə, avtomatik həmin məbləği Aysel xanımın hesabına köçürmüşük. Bunu sübuta yetirəcək qəbzlər var. Toplam Aysel Şükürə 11 min manat ödənilib. Yarışı mayın 28-nə keçirməyi qərarlaşdırdıq. Sponsor siyahımız tamamlanmadı. Biz ondan möhlət istədik ki, vaxtı uzadaq. Ayın 1-i üçün razılaşdıq, amma ondan sonra qeybə çəkildi. Hazırda yarışa qoşulmaq istəyən 89 sponsor var. Onlar da oyunun keçirilməsini istəmir, pullarını tələb edirlər. Mənə deyir ki, 11 min manat ödəməmisən. Qəbzləri ona bir-bir atmışam. Kartımı da atmışam ki, ödənişi geri qaytarın. Sponsorlar da tələb edir ki, polisə şikayətçi olaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





