Şou-biznes

Cecelidən sonra Alişan da Bakıya gəlir

8 İyun 2021 12:14
Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə həftədir Türkiyənin məşhur müğənniləri Bakıda konsert proqramı ilə çıxış edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  müxtəlif restoranlarda Sərdar Ortaç, Mustafa Ceceli, İlyas Yalçıntaş və başqaları səhnəyə çıxıblar.

Paytaxtın növbəti qonağı isə ifaçı Alişan olacaq.

Bu məqamda qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni tədbirlərin keçirilməsi qadağandır. Buna baxmayaraq təkcə yerli yox, xarici ulduzların da Bakıdakı restoranlarda çıxışı geniş vüsət alıb.

Bildirək ki, sonuncu dəfə Mustafa Ceceli konsertində karantin qaydalarının kobud şəkildə pozulması halı Alişanın konsertində də istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.