Dünyaca məşhur erməni əsilli Kim Kardaşyandan boşanan amerikalı repçi Kanye Uest bu dəfə səxavətli olması ilə gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Los-Ancelesdəki striptiz klublarının birində barmen işləyən Anessa Rossi TikTok səhifəsində danışıb. O bildirib ki, Kanye ona 15 min dollar bəxşiş verib:
"Kanye yaxınlaşıb yalnız buzlu su istədi. Onun qarşısında rəqs edən qızlara diqqət yetirmədi və özəl rəqs də sifariş etmədi. Bunun əvəzinə mənimlə danışmağa qərar verdi. Mənimlə insanın yaranmasından danışdı. Biz 3-4 saat danışdıq. Daha sonra mənə 15 min dollar (təxminən 25 min 500 manat) verib, onu dinlədiyim üçün təşəkkür edib getdi".
Milli.Az