Şou-biznes

Hacı Nuran Ramiz Əzizbəylidən yazdı: ”Zəif orqanizmi əsrin bəlasına baş əydi” - FOTO

4 İyun 2021 16:24
Baxış: 1 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti, kinorejissor Ramiz Əzizbəylidən xəbər var.

Milli.Az baku.ws-ə istinadən xəbər evrir ki, aparıcı Hacı Nuran Hüseynov bununla bağlı sosial şəbəkədə paylaşım edib.

O, "Instagram" hesabında Xalq artisti ilə fotosunun yayımlayaraq onun səhhəti ilə bağlı bunları yazıb:

"Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır. Həkimlərin səyinə baxmayaraq, səhhətində irəliləyiş yoxdur. Yaxınları, doğmalar təşviş içindədir.

Uzun illər insultdan əziyyət çəkən sənətkar bir neçə gün əvvəl COVİD-19-a yoluxub. Onsuz da zəif olan orqanizmi əsrin bəlasına baş əydi.

Hazırda reanimasiyada olan Ramiz Əzizbəyli üçün bütün xalq dua edir. Bəlkə Tanrı bu dəfə də möcüzə göstərəcək.

İllərlə ayaqda qalmaq, yaşamaq üçün mübarizə aparan rejissor Ramiz Əzizbəyli bu bəladan da qurtular. Dua edək, dostlar...".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.