Şou-biznes

Səməd Səmədov: "Sənəti tapdalamayın"

20 May 2021 19:48
Baxış: 2 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rəqsanə, ora gələnlər sənin dostların, sənət yoldaşlarındır. 20-25 ildir sənətdəsən, həmin ifaçılarla konsertlərdə, toylarda çiyin-çiyinə olmusan. Gediblər pul qazanmağa. Niyə haqlarında elə deyirsən?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Xalq artisti Səməd Səmədov müğənni Rəqsanə İsmayılovanın ünvanına deyib. Sənətçi Rəqsanənin Rusiyaya işləməyə gedən ifaçıları təhqir etməsinə münasibət bildirib.

S.Səmədov Sevil və Sevinc Səfərova bacılarının "Rusiyada göyərti qiymətinə oxuyurlar" sözlərini də tənqid edib:

"O ki qaldı ucuz, göyərti qiymətinə toya getməyə... Məsləhət görməzdim belə deyilsin. Göyərti qiymətinə getsələr də, deyin 10-20-30 minə toya gedirlər. Tapdalamayın... Musiqiçi dostlardan xahiş edirəm, bizim sənəti tapdalamayın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.