Şou-biznes

"Yoldaşım əsəbi adamdır, mənə sillə vurdu" - VİDEO

18 May 2021 18:12
Baxış: 4 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Zenfira İbrahimova şəxsi həyatından danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı "Heç vaxt heç yerdə" verilişində bildirib ki, həyat yoldaşının xəyanətini bağışlayar: 

"Həyat yoldaşım xəyanət etsə, ondan ayrılmaram. Əgər onun mənə sevgisi olmasa, gizlin gedib başqası ilə ailə qursa, o zaman boşanaram. Kişidi də...

Yeni ailə qurmuşduq, həmin ərəfədə saçımın rəngini dəyişmişdim. O da əsəbi adamdır, mənə sillə vurdu. Ondan sonra mənə əl qaldırmayıb. Xanıma əl qaldırmaq olmaz. Çünki xanım ilk öncə anadır. Ümumiyyətlə, xanım nəyə görə döyülməlidir ki? Olmaz". 

Qeyd edək ki, Z.İbrahimova idmaçı Anar Heydərovla evlidir, iki övladı var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.