Şou-biznes

Müğənni boşanma iddialarına cavab verdi

17 May 2021 18:36
Baxış: 2 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən günlərdə "Həmin Zaur" verlişində qonaq olan Vəfa Şərifova  bir neçə həmkarının boşanma xəbəri haqda danışıb. O iki müğənninin-Şəbnəm Tovuzlu və Bahar Lətifqızının həyat yoldaşlarından ayrıldığını söyləyib. İfaçının bu açıqlaması B.Lətifqızını hiddətləndirib.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, o həmin proqramda Vəfaya bunları deyib:

"Onun  haqqımda danışmağa hüququ çatmalıdır. Məni Elnarə Abdullayevadan, Könül xanımdan soruşun, uşaqdan yox. O ailəm ilə bağlı nə bilə bilər?"
Yenidən Zaur Kamalın proqramına qatılan V.Şərifova sözügedən qalmaqaldan bəhs edib:

"Ötən dəfə bir neçə nəfərin adını yazıb soruşdunuz ki, boşanıblarmı? Onlardan biri Bahar Lətifqızı idi. Eşitmişdim ki, ayrılıb. Sonra dava-qırğın düşdü. Bahar xanımın ailəsindən mənə zəng gəldi. Sən demə ayrılmayıbmış. Ötən dəfə də mənə iynəli sözlər dedi. Amma onu çox istəyirəm".    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.