Şou-biznes

ABŞ-da “Avroviziya”nın analoqu təşkil olunacaq

16 May 2021 11:09
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da "Avroviziya" mahnı müsabiqəsinin analoqu keçiriləcək.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu barədə "American Song Contest" (Amerika mahnı müsabiqəsi) adlı yarışmanın təşkilat komitəsindən məlumat verilib.

Məlumata görə, ilk belə tədbir 2022-ci ildə keçiriləcək. Yarışmaya 50 ştat, Kolumbiya dairəsi və 5 federal ərazidən nümayəndələr qatılacaq. İştirakçılar orijinal mahnı ifa etməklə tamaşaçıların səslərini qazanmağa çalışacaqlar.

Müsabiqə "Avroviziya" prodüserləri ilə "Propagate" və "Universal Television Alternative Studio" şirkətlərinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətiriləcək.

Yarışmanın yayımı hüququ NBC telekanalına məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.