Şou-biznes

Sevgilisindən Hadisə ilə bağlı suala reaksiya - FOTO

6 May 2021 17:15
Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Hadisənin aktyor sevgilisi Kaan Yıldırım onunla bağlı sualı cavabsız qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbulun Etilər rayonunda kameralara tuş gələn Yıldırım "Hadisə ilə hələ sevgilisinizmi? Münasibətiniz necə davam edir?" suallarına cavab verməyib.

O, avtomobilinə minib və ərazini tərk edib.

Xatırladaq ki, Hadisənin adı Ebru Gündəş və Rza Zerrabın boşanması xəbərlərində də hallanıb. Gündəş Zerrabın ona xəyanət etdiyi qadınlardan birinin də Hadisə olduğunu deyib.

Bir ilə yaxındır sevgili olan Hadisə və Yıldırımın bir müddət öncə ayrılması iddiası ortaya atılsa da, çıxan xəbərlərdən sonra onlar "Instagram"da bir-birlərini izləməyə başlayıblar.

Heç kimi izləməyən, 12 milyondan çox izləyicisi olan Hadisə Yıldırımı izləməyə başlamaqla ayrılıq iddialarını yalanlamış olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.