Şou-biznes

Cennifer Lopezdən vaksinasiyaya dəstək konserti - VİDEO

4 May 2021 09:59
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Populyar amerikalı müğənni Cennifer Lopez koronavirusa qarşı vaksinasiya prosesinə dəstək məqsədilə təşkil olunmuş "Global Citizen: Vax Live" konsertində iştirak edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "ETonline" məlumat yayıb.

Konsert Kaliforniyadakı "SoFi" stadionunda baş tutub.

Səhnəyə çıxan ifaçı yoxsul ölkələrin peyvəndlə təmin olunmasının vacibliyindən danışıb. Daha sonra o, anasını səhnəyə dəvət edib. Lopez bildirib ki, pandemiya səbəbindən builki milad bayramını anasıyla birlikdə keçirə bilməyib. Müğənni anasından uşaqlıqda ona dediyi laylanı oxumağı xahiş edib və anası onun sözünü yerə salmayaraq, Nil Daymondun "Sweet Caroline" mahnısını ifa edib.

Qeyd edək ki, konsertin videoyazısı mayın 8-də yayımlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.