Şou-biznes

Ərinin keçmiş sevgilisinin yalanının üstünü açdı

28 Aprel 2021 11:39
Baxış: 1 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Model Ebru Şallı həyat yoldaşı Uğur Akkuşun keçmiş arvadı Qonca Derinin saxta hesablar açaraq ona təhqir dolu mesajlar yazdığını iddia edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, modelin bu ittihamlarının əsassız olduğu sübut olunub. Bundan sonra Qonca Derin açıqlama verərək Ebruya ismarış yollayıb:

"Səbəbsiz yerə mənə söyüş söydün, təhqir etdin, şər atdın. Sonra anladın ki, sənə o mesajları yazan mən deyiləm. Bəs niyə sonra onu yazanları axtarıb, tapmadın? Mən olsam sənin kimi etməzdim. O təhqirləri görməzdən gəlməzdim. Buradan da aydın olur ki, sənin dərdin ancaq mənimlədir".

Qeyd edək ki, Uğur Akkuşla Qonca Derin 2018-ci ildə ayrılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.