Türkiyənin reytinqli seriallarından olan "Yasak elma"da növbəti ayrılıq yaşanacaq.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa Nilpəri Şahinkaya gələn həftə yayımlanacaq bölümdə izləyicilərinə vida edəcək.
Qeyd edək ki, Nilpəri serialda "Cansu" obrazına həyat verir. "Yasak elma"nın baş rollarında isə Eda Ece, Şevval Şam, İlber Kaboğlu və Nəsrin Cavadzadə kimi məşhurlar çəkilir.
Milli.Az